Nardaran hadisəsi zamanı jurnalistlərə xəsarət yetirilib

Nardaran hadisəsi zamanı jurnalistlərə xəsarət yetirilib


Bu gün Bakının Nardaran qəsəbəsində baş verən qarşıdurma zamanı hadisə yerində peşə fəaliyyətini həyata keçirən jurnalistlərə də xəsarət yetirilib. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, jurnalistlər ərazidən qovulub, onlara məxsus kameralar sındırılıb.

Qeyd edək ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...