Dunya Miyatoviç Nardaranda jurnalistlərə qarşı hücumu pisləyib

Dunya Miyatoviç Nardaranda jurnalistlərə qarşı hücumu pisləyib


ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç dünən Nardaranda bir qrup radikal şəxsə qarşı keçirilən polis reydi zamanı jurnalistlərə hücum faktını pisləyib. APA-nın xəbərinə görə, bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib. Qeyd edilir ki, naməlum şəxslər Nardaranda keçirilən polis əməliyyatı zamanı İTV-nin operatoruna hücum ediblər. Operator döyülüb, audio-video texnika isə zədələnib.

ATV-nin çəkiliş qrupu da reyd zamanı hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb. “Bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır. Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir. Mən inanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması üçün əllərindən gələni edəcək və hücum edən şəxsləri məsuliyyətə cəlb edəcəklər”, - deyə D. Miyatoviç vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...