Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı

Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı


Azercell Telekom MMC-nin bu ilin aprel ayında Müharibə Veteranları statusuna malik olan şəxslər üçün təqdim etdiyi kampaniyanın müddəti 30 noyabr 2016-ci il tarixinədək uzadılır. Kampaniyaya çərçivəsində Müharibə Veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. Azercell tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...