Neftdən növbəti antirekord - Qiymətlər 2008-ci ilin səviyyəsinə düşdü

Neftdən növbəti antirekord -


Dünya bazarlarında bu gün neft yenə ucuzlaşmaqda davam edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, OPEK-in neft hasilatını artıracağı qorxusu birjalarda narahatlıq yaradıb və Brent markalı neftin 1 barelə görə 39,16 dollara qədər ucuzlaşmasına səbəb olub.

Bu 2008-ci ilin dekabrından qeydə alınan ən aşağı qiymətdir. WTI markalı neftin qiyməti isə Nyu-York birjalarında 36,35 dollara qədər geriləyib. Beynəlxalq Energetika Agentliyi neftin qiymətinin ən azı 2016-cı ilin sonlarına qədər bu vəziyyətdə qalacağına proqnoz verir. Agentlik bunun səbəbi kimi dünyaya neftə olan tələbatın azalması və OPEK-in əksinə neft hasilatını artırması ilə bağlıdır. Treyderlərin əksəriyyəti neftin gələn həftə də ucuzlaşacağını düşünürlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...