Azercell-in ekspres ofisləri indi daha müasir və rahat
Fəaliyyətinin 19-cu ildönümünü qeyd edən ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməsi istiqamətində növbəti yenilik tətbiq edib. Şirkət ötən həftə keçirilmiş BakuTel 2015 beynəlxalq sərgisindəki stendində təqdim edilən və ziyarətçilərin marağına səbəb olan tam yeni konsepsiyalı ilk Azercell Ekspres ofisini abunəçilərinin ixtiyarına buraxdı. Yeni AzEks ofislərində abunəçilərin özlərini daha rahat və sərbəst hiss etməsi üçün hər cür şərait yaradılıb. İstər dizaynda istifadə olunan yeni yanaşma, istərsə də, mobil telekoma aid yeniliklərlə detallı tanışlıq üçün açıq sahələrə yerləşdirlən cihazlar müştərilərin rahatlığına yönəlib.
Qeyd edilən cihazlar və telefon aksessuarlarından müştərilərimiz yerində test edərək öz seçimlərini edə biləcəklər. Eyni zamanda, həmişə olduğu kimi müştərilərin tam rahatlığı üçün bütün mobil cihazların seçimində tam bələdçilik birbaşa Azercell-in peşəkar əməkdaşları tərəfindən təqdim ediləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni konsepsiyalı ilk AzEks ofisi dekabrin 14-dəт Bakı şəhəri , 28 may küçəsi 33 ünvanında abunəçilər üçün açıqdır.
Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bir nöqtədə üç xidmət konsepsiyasını təqdim edən ilk şirkət olmuşdu.
Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hal-hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də Azercell şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.
Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu yeni konsepsiyalı Ekspres ofislərinin sayını artırmaqda davam edəcək.
1067 dəfə oxundu