`İşdən çıxarılmamışam...` - SOCAR-ın mətbuat katibi

`İşdən çıxarılmamışam...` -


ARDNŞ-in (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

AzVision.az-a açıqlama verən mətbuat katibi hazırda iş başında olduğunu, işdən çıxması haqda məlumatın yalnış olduğunu bildirib.


SOCAR sözçüsü qeyd edib ki, onun yerinə keçdiyi iddia olunan İbrahim Əhmədov müşavir təyin olunub: “Onun mənim işimə heç bir aidiyyatı yoxdur. Mən öz vəzifəmdə qalmışam və hazırda iş başındayam”- deyə N.Quliyev vurğulayıb. Qeyd edək ki, İbrahim Əhmədov bundan əvvəl SOCAR-ın Almaniya ofisində çalışıb. Elmi araşdırmalar müəllifidir. Bir neçə dil bilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...