Jurnalist binasının sakinlərinə "kupça" paylanacaq

Jurnalist binasının sakinlərinə "kupça" paylanacaq


Bakıda jurnalistlər üçün inşa edilən yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində dekabrın 24-də binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a bildirilib ki, tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncama əsasən tikilərək istifadəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...