Azərbaycanda ilk dəfə elektromobil hazırlandı

Azərbaycanda ilk dəfə elektromobil hazırlandı


Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetinin “Mexanika Mühəndisliyi” laboratoriyası tərəfindən elektromobil maşın hazırlanıb.

Publika.az xəbər verir ki, müxtəlif sahələrdə araşdırma işlərinə xüsusi önəm verən Qafqaz Universiteti müəllim və tələbələrinin, eləcə də kampusdə qurulmuş “Mexanika Mühəndisliyi” laboratoriyalarının potensialından istifadə edərək “EQUE” layihəsinin həyata keçirilməsini dəstəkləyib. Belə ki, EQUE layihəsi Qafqaz Universitetinin maliyyə dəstəyi ilə müəllim və tələbələr tərəfindən icra olunan layihədir.
Layihə çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komanda şəklində fəaliyyət göstərib. Layihə əsasında elektrik və günəş enerjisi ilə işləyən və özünəməxsus şəkildə dizayn olunmuş 2 maşın hazırlanıb.

Layihənin adı EQUE (Electromobile of Qafqaz University Engineers) ingiliscədən tərcümədə “Qafqaz Universiteti mühəndislərinin elektrik maşını” mənasını verir. İtalyancadan tərcümədə isə “eque” sözünün mənası “ədalət” deməkdir ki, bu da layihənin hədəfini simvolizə edir. Layihənin məqsədi müasir texnologiyanın üstünlüklərindən istifadə edərək, təbiətdən daha az xammal almaq hesabına ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitələrini təqdim etməkdir. Bu təqdimatla insanların diqqətini daha az enerji istehlakına yönəldən gənc mühəndislər məhdud enerji resurslarının cəmiyyətdə ədalətli şəkildə bölünməsi prinsipi üzərində dayanmaqla, alternativ enerjinin tətbiqini də ön plana çəkiblər.

Qeyd edək ki, maşının hissələrinin hazırlanması üçün universitetin mexanika laboratoriyasındakı avadanlıqlardan istifadə edilib. Avtomobilin hissələrinin bir hissəsi alınsa da əksəriyyəti laboratoriyamızda tələbələrimiz tərəfindən hazırlanıb.

1. EQUE R

Dizayn
Bənzərsiz
təkər içi motor
ekoloji təmiz
sərfəli
Texnologiya
Təməldən qurulma
Məhdud material istifadəsi

Ölçülər

Ümumi uzunluq: 2860 mm
Təkər bazası: 2160 mm
Təkərlər arası məsafə (arxa): 1480 mm
En: 1645 mm
Ümumi hündürlük: 1340 mm
Hündürlük: 680 mm
Sürmə hündürlüyü: 120 mm
Xalis kütlə : 250 kg

Güc: 11 kVt Litium ion batareya

Göstəricilər:

Təcil: 0-100km/saat 6 saniyədə;
Maksimum sürət: 165km/saat

Bərpaoluna bilən enerji: 50%

Şassi

Struktur: yüksək ərintili alüminium 6063
- Kapot: karbon lifli

Əyləc
- Hidravlik disk əyləcləri ilə əyləc mexanizmi
Regenerativ əyləc

Təkər & şin: rütubətli və quru şəraitdə; 165/65 R14

Elektronika

12V sistem 70 A;
batareya istilik detektoru;
Plastik Kart Oxuyucu
Duman əleyhinə və Neon faralar

Asqı sistemi

İkili ling sistemi
Amortizator

Sükan sistemi

sadə rul sistemi
arxa sükan sistemi
ön sükan bucağının arxa sükan bucağına nisbəti: 3:1
arxa sürət detektoru


EQUE T

Dizayn

Bənzərsiz
təkər içi motor
ekoloji təmiz
sərfəli

Texnologiya
- Təməldən qurulma
- Məhdud material istifadəsi

Dimensions
- Ümumi uzunluq: 3100 mm
- Ümumi en: 1470 mm
- Ümumi hündürlük: 1900 mm
- Təkər bazası: 2160 mm
- Daxili salon hündürlüyü: 1600 mm
- Dönüş dövrü: 5m
- Maksimum texniki kütlə: 400 kg
- Tutum : 8 insan

Güc:
4kVt Litium ion fosfat batereya
Günəş paneli: 122V 9A 1.1kVt

Göstəricilər
- Maksimum sürət: 60 km/saat

Bərpaoluna bilən enerji: 50%

Şassi

Yüngül dərəcəli polad

Əyləc
- Hidravlik disk əyləcləri ilə əyləc mexanizmi
- Regenerativ əyləc

Təkər & şin: rütubətli və quru şərait; 205/30 R12

Elektronika
- Plastik Kart Oxuyucu
- LED fara
- Kontrol sistem günəş paneli

Asqı sistemi
- İkili ling sistemi
- Amortizator

Sükan sistemi
Sadə rul sistemi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...