Göygöldə əxlaqsızlıq yuvası aşkarlandı: Saxlananlar var
Göygöl rayonunda əxlaqsızlıq yuvası təşkil edilib.
Oxu.Az-ın məlumatına görə, əxlaqsızlıq yuvası rayonun Yeni Zod kəndi ərazində fəaliyyət göstərib.
Belə ki, həmin kəndin sakini Mürşüd Əliyev kafeyə gələn kişilərə orada işləyən qadınların intim xidmətini təşkil edib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M.Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsız yuvası təşkil etməsi barədə məlumat daxil olub:
“Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M.Əliyev, eləcə də həmin kafedə işləyən bir qadın və bir müştəri saxlanılaraq, Göygöl RPŞ-yə gətirilib”.
“Faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir”, - deyə o qeyd edib.
575 dəfə oxundu