"Bu haqsızlığa etiraz olaraq qazi Hikmət Salmanzadə özünü yandırdı" - Foto

"Bu haqsızlığa etiraz olaraq qazi Hikmət Salmanzadə özünü yandırdı" -

“Bu gün (25 yanvar – red.) qazi Hikmət Salmanzadənin səhhətində yaranan problemlərə görə psixiatr və psixoloqa ehtiyacı olduğu üçün təxminən saat 15:00 radələrində Nərimanov rayon ərazisində yerləşən Psixi Sağlamlıq Mərkəzinə getdik. Heç bir həkim onu qəbul edib problemlərini soruşmadı”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri özünün feysbuk səhifəsində qazi Bəxtiyar Salayev yazıb.

O bildirib ki, həkim təyin olunması üçün müraciət etsə də, ona iş vaxtının bitdiyi deyilib:

“Bu haqsızlığa etiraz əlaməti olaraq qazi Hikmət Salmanzadə özünü yandırdı. Mən və qazi Quliyev Şadman birlikdə söndürməyə çalışdıq. Daha sonra ambulans çağırdım, Nərimanov Tibb Mərkəzinə gətirildi, həkim müayinəsi və müalicəsi altındadır. Həkimlərin dediyinə görə bədəninin 15-20%-i yanıb.

Müharibədən sonra inkişaf yox, intihar edirik. Bu ədalətsizlik, bu haqsızlıq nə vaxta kimi bizə qarşı olacaq?”


"Bu haqsızlığa etiraz olaraq qazi Hikmət Salmanzadə özünü yandırdı" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...