Tibb kollecində keçirilən əməliyyat haqqında rəsmi açıqlama

Tibb kollecində keçirilən əməliyyat haqqında rəsmi açıqlama
Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 10 günə yaxındır ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsdə yoxlamalar aparıldığına dair məlumatlar daxil olub. Məlumatlara görə, aparılan yoxlamalar zamanı bir sıra korrupsiya faktları və yeyintilər aşkarlanıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, yayılan iddiaların doğru olub-olmadığını öyrənmək üçün KONKRET.az Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova ilə əlaqə saxlayıb. O, rəhbərlik etdiyi qurumda həqiqətən də yoxlamaların aparıldığını təsdiqləyib: “Hesablama palatası planlı şəkildə Respublikanın hər yerinə yoxlamalar aparır. O cümlədən, bizim qurumda da Palata tərəfindən yoxlamalar həyata keçirilib. Yəni sərəncamladır, rəhbərliyə müraciət olunur və daha sonra yoxlama aparılır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar isə şəxsə bağlı məsələdir. Bizim qurumda işləyən fərdi şəxslə bağlı yoxlama həyata keçirilib, amma idarəyə aidiyyatı yoxdur. Artıq məsələ yekunlaşıb, Sumqayıt Tibb Mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir, heç bir problem yoxdur”.

Tibb kollecində keçirilən əməliyyat haqqında rəsmi açıqlama

Sumqayıt tibb işçiləri də həmişə olduğu kimi bundan sonra da şəhər əhalisinin sağlamlığında möhkəm duracaq - Səkinə Sadıxova

Səkinə Sadıxova əlavə edib ki, qurum əməkdaşının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılması faktı yoxdur. Sadəcə sənədləri yoxladılar və məsələ yekunlaşdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...