Cahangir Novruzov: “Adanada qohumgildə məskunlaşdıq, evə nə vaxt gedəcəyimizi bilmirik”

Cahangir Novruzov: “Adanada qohumgildə məskunlaşdıq, evə nə vaxt gedəcəyimizi bilmirik”
“1Məlum fəlakətlə bağlı Adanada bir kənddə qohum evində müvəqqəti məskunlaşmışıq. Həyət evidir, nisbətən təhlükəsizdir”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

Cahangir Novruzovun sözlərinə görə, zəlzələ təhlükəsi yenə də gözləndiyi üçün bir neçə gün Adana əhalisi çox mərtəbəli yaşayış evlərinə buraxılmaya bilər: “Bizim binamız 11 mərtəbəlidir, zəlzələyə dayanıqlı olduğu bildirilir. Amma Adanada 16-17 mərtəbəli binalar çökdü.

Çox böyük faciədir. Həmin binalardakı insanların aqibəti məlum deyil. Mən də ailəmlə, nəvəm Cəfərlə buradayıq. Çox ailələrin elektrik enerjisi, təbii qazı kəsilib. Su və qida var. Hələ nə vaxt evimizə buraxılacağıq, məlum deyil”.

C.Novruzov deyib ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları onunla əlaqə saxlayıb, vəziyyətilə və azərbaycanlı tələbələrlə maraqlanıblar: “Şükür ki, tələbələrimizin az qismi Azərbaycandan geri qayıdıb. Onlar imtahanlarını verib, tətilə buraxılmışdılar. Çoxu hələ Azərbaycandadır. Tələbələrimiz təhlükə sovuşduqdan sonra geri dönərlər”.

Professor onu da qeyd edib ki, təbii fəlakət Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunu, qardaşlığını br daha təsdiqləyib: “Yenə də öncə dəstək təklifi Azərbaycandan gəldi. Dost dar gündə tanınar. Biz Azərbaycanın humanist davranışına görə burada başıuca gəzirik və buna görə Prezidentlərimiz İlham Əliyevə təşəkkür edirik.

Türkiyə Azərbaycan dostluğu bütün türk dünyasına örnəkdir. Bu dərd və Azərbaycanın nümunəvi dəstək addımı demək olar ki, Turan birliyini qurdu. Digər türkdilli dövlətlərdən də Türkiyəyə xilasedici qruplar göndərilməyə başlandı. Allah türk millətini bu bəladan da hifz etsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...