Azərbaycanda yeni virus yayılıb? – “Qusma, ürəkbulanma və qızdırma...”
Azərbaycanda insanlar arasında yeni virus yayıldığı iddia edilir. Son həftələrdə sosial şəbəkə istifadəçilərinin, bloqerlərin yazdığına görə, bu virus qızdırma, qusma, ishalla lamətlərlə müşahidə olunur və sürətlə yayılır.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan hepatoloq-infeksionist Mərdan Əliyev bildirib ki, hazırda ölkədə yayılan hər hansı virus yoxdur, sözügedən əlamətlər qida zəhərlənməsi zamanı özünü göstərir:
"Sosial şəbəkələrdə insanlar Bakıda virusun yayıldığı iddia edir. Biz belə bir virusa rast gəlməmişik. Yay aylarında ishal, qusma, ürəkbulanma və qızdırma ilə müşayiət olunan xəstəlik daha geniş yayılır ki, bu da qidalanma ilə bağlıdır. Bu, məhz qida zəhərlənməsi ilə bağlıdır.
Bildiyiniz kimi, son həftələr havalar həddən artıq isti keçdi və belə havada qidaların düzgün şəraitdə saxlanılmaması, qidanın bir neçə saat adi otaq temperaturunda qalması belə qida zəhərlənmələrinə səbəb ola bilər.
Bizim ətrafımız bakteriyalarla doludur, onlar qida, yaşayış uğrunda daim mübarizə aparırlar. Biz qidanı otaq temperaturunda bir saat saxladıqda belə onda xeyli bakteriya əmələ gəlir, həmin qidanı yedikdə bakteriyalar orqanizmə daxil olur, nəticədə bu özünü qusma, ishal, qızdırma ilə göstərir. Ən yaxşı halda xəstəlik mədə-bağırsaq pozğunluqları, ishalla, daha ağır formada isə yüksək qızdırma - 39-40 dərəcə ilə görünür".
Onun sözlərinə görə, qida zəhərlənməsindən qaynaqlanan xəstəlik yoluxucu deyil:
"Sözügedən xəstəlik yoluxucu deyil. Çünki bu, yalnız qida ilə əlaqəlidir və insandan-insana keçmir. Amma bir nüansı nəzərə almaq lazımdır ki, yay aylarında insanlar həmçinin bakterial infeksiya olan anginaya da yoluxurlar. Bu, isti havalarda çox soyuq içkilərin içilməsi, qidaların qəbul edilməsi ilə bağlı olur. Angina infeksiyası qida zəhərlənməsindən fərqli olaraq, yoluxucu ola bilir. Xüsusən, bu hal uşaqlarda daha çox rast gəlinir. Angina infeksiyası bir şəxsdən digərinə asanlıqla yoluxmur, amma bakterial infeksiya olduğu üçün yoluxucudur.
Angina infeksiyasına yoluxan şəxsdə daha çox qızdırma, başağrısı, halsızlıq müşahidə olunur, bu xəstəlikdə islah və qusma halları olmur".
M.Əliyev bildirib ki, isti havalarda soyuq içkilərlə sərinləməyə çalışmaq tamamilə yanlışdır və bu, əks effekt verir, hətta müəyyən xəstəliklərin yaranmasına səbəb olur:
"Bəzən isti havalarda insanlar düşünür ki, buzlu su içim, bədən temperaturum aşağı düşsün, sərinləyim. Bu fikir qətiyyən doğru deyil və bədən temperaturu aşağı düşmür, əksinə, bir sıra xəstəliyə səbəb olur.
Soyuq içkilər orqanizmi stressə salır, çünki soyuq bir şey bədənə daxil olduqda orqanizmin yenidən özünü bərpa etməsi üçün enerji tələb olunur, bu da orqanizmi stressə salır. Bundan əlavə, isti havalarda birdən-birə bumbuz içkilərin içilməsi tərləməyə səbəb olur, nəticədə bədən su itirir və qısa müddətə yenidən susayırsan. Ən yaxşısı otaq temperaturunda olan suyu içməkdir, bu həm tərləməyə səbəb olmur, həm də susuzluğu daha çox yatırır".
569 dəfə oxundu