Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb

Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb
Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, İsmayıllı rayonuna yağan güclü leysandan sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.

Bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb. Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.

Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.

Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb
Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb
Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb
Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...