“Məktəblərdə telefondan istifadə qadağan edilə bilər“ - Nazir

“Məktəblərdə telefondan istifadə qadağan edilə bilər“ -
Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.

GUNDEMİNFO.AZ Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur: "Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir".

Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:

"Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...