Azərbaycanda 14 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Azərbaycanda 14 yaşlı qız evlənmək məqsədilə qaçırıldı
Bakı sakini yetkinlik yaşına çatmayan qızının itkin düşməsi barədə polisə müraciət edib.

GUNDEMİNFO.AZ xəbər verir ki, M.E. sentyabrın 10-da Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 2009-cu il təvəllüdlü qızının itkin düşməsi barədə məlumat verib.

O bildirib ki, 14 yaşlı qızı Binəqədidə yaşadıqları evdən naməlum istiqamətdə gedib, bir daha geri qayıtmayaraq itkin düşüb.

14 yaşlı qız daha sonra telefonla polisə zəng edərək adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını deyib.

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...