İran Azərbaycan və Ermənistana bütün uçuşları dayandırdı

İran Azərbaycan və Ermənistana bütün uçuşları dayandırdı
İran hakimiyyəti Azərbaycan və Ermənistana bütün reysləri, həmçinin bu ölkələrdən respublikaya uçuşları ləğv edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Bəxş məlumat verib.
“Regiondakı xüsusi vəziyyətlə əlaqədar və NOTAM-a uyğun olaraq (uçuş ekipajlarına bildiriş nəzərdə tutulur) İran və Ermənistan, eləcə də İran və Azərbaycan Respublikası arasında bütün uçuşlar bu gündən növbəti xəbərdarlığa qədər ləğv ediləcək”, - o, İRNA-ya bildirib. Məhəmmədi-Bəxş qeyd edib ki, bu qərar uçuşların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün verilib.
Qeyd edək ki, sentyabrın 19-da Bakı Ermənistan hərbçilərinin oradan çıxarılmasına nail olmaq üçün Qarabağda lokal antiterror tədbirlərinə başlandığını elan edib. Sentyabrın 20-də Rusiya sülhməramlıları komandanlığının vasitəçiliyi ilə saat 13:00-dan etibarən döyüşlərin dayandırılması, eləcə də, Qarabağda silahlı birləşmələrin tamamilə tərksilah edilməsi barədə razılıq əldə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...