Zəngəzur dəhlizinə görə müharibə olacaq? - “Artıq Ermənistanla Azərbaycan arasında... ”
“Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Qarabağ məsələsinin bitməsi, Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi Ermənistanla sülh müqaviləsinin önündəki maneələri qaldırdı. Azərbaycan zəhərli ideologiyalarının üstündən xətt çəkməklə ermənilərin separatçı arzularının reallaşmasına keçid yeri qoymadı. Ermənilər çətin də olsa, yeni, əslində belə olmalı olan reallıqla barışacaqlar. Hesab edirəm ki, Paşinyan hakimiyyətini qoruyub saxlasa, Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Hakimiyyətini qoruyacağına isə əminəm. Hazırda Ermənistan daxilində siyasi vəziyyət gərgin olsa da, müxlifət hakimiyyəti dəyişəcək gücdə deyil”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə Fransanın Ermənistandakı fəallığına da diqqət çəkib:
“Qənaətimə görə, Fransanın Ermənistanda müdafiə missiyası yaratması da, Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Paşinyan “Qarabağ səhifəsi”ni bağlayıb. Sadəcə Azərbaycanla sülh müqaviləsində güzəştlər qoparmaq üçün spekulyasiyaya yol verir. Qarabağ isə heç vaxt sülh müqaviləsində mövzu olmayacaq, bunu Ermənistan da bilir.
Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilən deyil. Zəngəzur dəhlizi ilə bağlı məsələnin hərbi yox, diplomatik müstəvidə həll olunacağını düşünürəm. Azərbaycanın hərbi qələbəsi diplomatik zəfər üçün də münbit zəmin yaradıb. Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”.
452 dəfə oxundu