Tələbələrdən rüşvət alan dekana hökm oxundu

Tələbələrdən rüşvət alan dekana hökm oxundu
Azərbaycan Dövlət Aqrar Universitetinin​ tələbələrdən rüşvət almaqda ittiham olunan dekanı, professor Famil Nəsibovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Famil Nəsibova sınaq müddəti seçilməklə şərti cəza verilib.


Qeyd edək ki, eks-dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

İttihamda deyilir ki, F.Nəsibovun rəhbərlik etdiyi “Baytarlıq” fakültəsinin bəzi tələbələrinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində ümumilikdə 5800 manat rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

F.Nəsibova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib. O, vəzifədən kənarlaşdırılaraq barəsində ev dustaqlığı seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...