Şarl Mişelə 8 kənd xatırlatması və ya erməni faşizminə görə gülünc günə düşən Avropa
Əslində Avropanı çoxdan “dişimizə vurmuşduq”, davranışları bizimçün təəccüblü deyil. Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi də heyrət doğurmur, bunlar çoxdan boyunlarına alıblar... erməni faşizmini himayə etdiklərini.
Bu qurumun bircə dəfə Azərbaycanın maraqlarına uyğun qətnaməsi olub, Ermənistana çağırış ediblər: “Qarabağa əsgər göndərmə!” Amma bu qətnaməni “it yerinə” qoymayan Ermənistanın işğalçı, terrorçu siyasətinə hər cür dəstəyini verdi Avropanın bu “ali” orqanı. Ermənistan BMT Təhülkəsizlik Şurasının qətnamələrini qapısının kandarına ayaqaltı yerinə sərdiyi kimi, Avropa Parlamentinin qətnaməsini də zibilliyə tulladı, bu davranışlar əslində cəza mexanizminin işə salınmasını tələb edirdi, çünki nüfuz, qürur məsələsiydi...
Di gəl ki, Avropa Parlamentinin əksər üzvləri üçün ermənilərin çirkli pulları daha önəmlidir, nəinki haqq-ədalətin yanında olmaq. Əks təqdirdə, Avropadan “Azərbaycan ərazisinə əsgər göndərmə” çağırışına öz oğlu Akopu da Qarabağa hərbi xidmətə yollayan, sonrakı illərdə bəlli fəlakətlərə səbəbkar olan Nikol Paşinyanı bağrına basmazdı bəzi Avropa ölkələrinin liderləri. Söhbət Makron kimi Nikolun “böyük bacı”sından getmir, onun mahiyyəti bəlli...
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin davranışları acı təəssüf doğurur. Düzdür, biz onun da “dabbaqda gönünə” bələdik. Hələ 2021-ci ilin iyulunda İrəvanda olarkən bildirmişdi ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro (!) yardım edəcək! Niyə? Məgər Ermənistan zərərçəkən olub 35 illik bu davada? Bütün dünyaya bəllidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, on illərlə sərvətlərini taladı, maddi-mədəniyyət abidələrini darmadağın etdi, 1 milyon insanın həyatını zəhərə döndərdi. Bütün bunlardan sonra işğalçını, terrorçunu cəzalandırmaq, onu dilənməyə, əfv diləməyə vadar etmək, digərlərinə də görk olmasından ötrü zülüm-zülüm ağlatmaq əvəzinə, milyardlar vəd etmək?! Bunu Şarl Mişel bəyan etdi, özü də İrəvanda! Bundan sonra Ermənistan hakimiyyətinin yenidən Azərbaycana dil uzatması, vaxtaşırı təxribatlara əl atılması, çoxsaylı itkilərə gətirib çıxaran növbəti toqquşmaların baş verməsi həm də cənab Mişelin “əl və dil işi” sayılmalıdır.
Xatırlayırsınız yəqin, məhz həmin bəyanatdan sonra Azərbaycan rəhbərliyi Avropa İttifaqını ədalətsizlikdə suçlamışdı, işğalçıya 2,6 milyard avro, təcavüzə məruz qalan Azərbaycana cəmi 150 milyon avro! Fərqə baxın! Azərbaycanın kiminsə puluna ehtiyacı yoxdur, lazım gəlsə, Avropa Parlamentində erməni pulları ilə qidalananları pula bükər. Amma və lakin... Bəs ədalət?!
Avropa İttifaqı və digər qurumlar guya Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına çalışdıqlarını iddia edirlər. Ancaq nümayiş etdirdikləri mövqe göz qabağında, sülhü belə yaratmırlar!
Fransanın xarici işlər naziri Ermənistana gəlib daşnaklara müjdə verir: “sizə hərbi texnika da yollayacağıq!” Yaxud “mülki missiya” adı altında hərbçiləri yerləşdirirlər hələ dəqiqləşməyən sərhədlər boyunca. Kanada bir tərəfdən, Almaniya digər tərəfdən, o birilər də... Məlumdur, bunlar hamısı “kabab iyinə” yığışır, hesab edirlər ki, Rusiyanı sıxışdırıb Ermənistanda əbədi qalmalarını təmin edəcəklər, beləcə Qafaqazı zəbt planı başa çatacaq.
İspaniyanın Qranada şəhərində keçirilən son görüş də bu planın konturlarını ortaya çıxartdı. Azərbaycan Prezidenti tamamilə haqlı olaraq bu görüşdə iştirakdan imtina etdi. Şarl Mişel gerçəkdən sülhün tərəfdarı olsaydı, hələ də Azərbaycana qarşı alçaq siyasətindən əl çəkməyən Ermənistanı silah-sursat, hərbi texnika ilə təmin edən və bu istiqamətdə yeni anonslar verən Fransanın Makronu o danışıqlarda yer almamalıydı. Axı, ötən il də danışıqlarda tormozlayıcı fiqur olmuşdu həmin bu Emmanuel. Brüssel formatının nəticə verməməsi üçün əlindən gələni edən birinin sülh prosesində nə işi var? Yaxud yenə də hansısa qüvvələrin əlində “maşa” rolunu oynayan, konkret təlimatlar əsasında hərəkət edib, Qarabağdan KÖNÜLLÜ çıxıb gedən ermənilərin guya “deportasiya edildiyi” barədə saxta iddiaları bölüşən Almaniya rəhbərliyinin bu görüşdə iştirakı əcaib idi. Azərbaycan lideri bütün bunlara rəğmən, sözügedən danışıqlara qatılacaqdı, ermənilərin və ermənipərəstlərin topasına cavab vermək iqtidarındadır İlham Əliyev, bunu dəfələrlə sübuta yetirib! Ancaq 1 erməni, 3 ermənipərəstin qatıldığı görüşdə Azərbaycana qardaş Türkiyənin liderinin qatılmasına “veto” qoyulması... Bax, bu, lap ağ oldu və cavablarını aldılar.
Budur, Almaniyanın kansleri Olaf Şoltsun ardınca Avropa İttifaqının prezidenti Şarl Mişel də Prezident İlham Əliyevə zəng etdi. Rəsmi açıqlamadan aydın olur ki, dövlətimizin başçısı hər iki avropalıya lazım olanları deyib.
Bir neçə gün əvvəl sosial şəbəkədə Qarabağın tam şəkildə dövlətimizin nəzarəti altında olması barədə paylaşımıma dostlardan biri “8 kənddən heç danışılmır” - qeydini etmiş, narahatlığını bildirmişdi. Cavabında “azca səbr” yazmışdım. Çox keçmədi, budur, Prezident Əliyev Şarl Mişellə telefon danışığında “Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır” - xatırlatması edib. Bu, həm də Paşinyan və Ermənistan sevdalıların diqqətinə Azərbaycanın bir qarış torpağından da vaz keçməyəcəyini çatdırmaqdır. Eyni zamanda həm də o deməkdir ki, Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıdığını bəyan edəndən sonra sözünü danan, sonradan növbəti zərbəni aldığı üçün Qranadada bu barədə yazılı öhdəlik götürən Nikol Paşinyan sözündə, imzasında səmimidirsə, dərhal Sədərəyin Kərkisini və Qazaxın 7 kəndini işğaldan azad etsin tələbidir! Bu kəndlərin qarşılığında Ermənistanın Başkənd, yaxud başqa kəndlər söhbətini ortaya atması, mübadilə iddiası isə işğalçı ölkənin “başının bədəninə ağırlıq etməsi” anlamına gəlir. Hələ Ermənistan Azərbaycana vurduğu zərbələrə görə borcunu ödəməlidir, bu borcun miqdarı isə yüz milyardlarla ölçülür. Əgər Şarl Mişel, Makron, yaxud Şolts erməni faşizminə görə “əlini cibinə salmaq istəyəcəksə”, buyursunlar, görək gücləri çatacaqmı? Sonda heç şübhəsiz, Ermənistan Azərbaycana ödəməli olacağı təzminatı ərazi ilə qaytarmalı olacaq, Başkənd o təzminatın cüzi hissəsi sayıla bilər... Həm də müharibənin yekununda qalib tərəf əldə etdiyi qənimətləri geri qaytarmır. Bu gün Başkəndi tələb edən səfehlər sabah da Hərbi Qənimətlər Parkındakı hərbi qənimətləri istəyəcəklər...
Şübhə yox ki, detallı şəkildə deyilib bütün bunlar. Bu gün sülh daha çox Ermənistana lazımdır, bu ölkənin himayədarları da anlamalıdır. Onu da bilməlidirlər ki, daha oyunlar bitdi, “miatsum” kimi avropalı oyunçular da bir az ciddi olsunlar! Bilirik, söz tapa bilmirlər Azərbaycan həqiqətləri qarşısında, əks təqdirdə, Qranadada Mişel və digərləri azərbaycanlı jurnalistin sualları qarşısında donub qalmazdılar. Erməni faşizminə görə özlərini nə kökə salıblar, adam onların əvəzinə utanır...
550 dəfə oxundu