“O qərar Putinin həbsinə order verilməzdən əvvəl qəbul edilib” – Paşinyan

“O qərar Putinin həbsinə order verilməzdən əvvəl qəbul edilib” –
“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməzdən əvvəl Roma Statutunun ratifikasiyası proseduruna başlamaq qərarına gəlib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“2020-ci ilin sentyabr ayından sonra müəyyən sistemlərin işləmədiyi məlum oldu və biz təhlükəsizliyimizi artırmağa kömək edəcək imkanlar axtarmağa başladıq. Roma Statutu ilə bağlı təklif belə meydana gəldi. Amma Roma Statutunun ratifikasiyası proseduruna başlamaq qərarı Rusiya Prezidentinə qarşı BMC qərarından əvvəl qəbul edildi”, - Paşinyan deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...