Elmira Süleymanovanın səhhətində problem yarandı, əməliyyat olundu

Elmira Süleymanovanın səhhətində problem yarandı, əməliyyat olundu

"Səhhətimdə problem var, əməliyyat olunmuşam".

Bunu "Report"a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: "Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq".

Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: "Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam".

Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...