Gəncədəki avtobus qəzasının səbəbi BİLİNDİ – DETALLAR

Gəncədəki avtobus qəzasının səbəbi BİLİNDİ –
Dünən Gəncədə, Əşrəf Yusifzadə küçəsində sərnişin avtobusunun xəndəyə aşması ilə bağlı bəzi detallar məlum olub. Hadisənin baş vermə anı ətrafdakı mağazalardan birinin təhlükəsizlik kamerasına düşüb və buradan da görünür ki, avtobus sərnişinləri düşürdükdən sonra arxaya gedir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi açıqlamaya görə, avtobusun sürücüsü ilkin dindirilmə zamanı hadisənin texniki nasazlıqdan baş verdiyini bildirib:

“Sürücünün sözlərinə görə, avtobusu dayandırıb sərnişinləri düşürdükdən sonra əyləc sisteminin işləmədiyini hiss edib. Bu zaman o maşının içərisində olan vətəndaşlara bu barədə məlumat verib və arxaya gedən maşının kənarda olan stendə dəyib dayanacağını düşünüb.

Nəticədə isə avtobusun ağırlığı və həmin ərazinin çökək olması nəticəsində avtobus xəndəyə yuvarlanıb. Hazırda faktla bağlı araşdırmalar davam edir” - deyə E. Qasımov əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...