Məktəblilər arasında yayılan "Hepatit" virusu nə dərəcə təhlükəlidir?
"Hepatit A" virusu qaraciyərdə yerləşir və qaraciyərin kəskin iltihabi xəstəliyini törədir.
Bu barədə Trend-in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib. O qeyd edib ki, bu zaman qaraciyərdə iltihab baş verir və böyümə ola bilər.
"Xəstəliyin simptomlarına iştahsızlıq, halsızlıq, zəiflik, hərarətin yüksəlməsi daxildir. Uşaqların kollektiv şəraitdə olduqları bağçalarda, məktəblərdə biri digərindən asanlıqla bu virusa yoluxa bilər. Bu virus çirkli əllər vasitəsilə yayılır. Yəni uşaqlar əllərini təmiz yumur və nəsə yedikdə həzm sisteminə daxil olan virus asanlıqla xəstəliyi törədə bilir. Əslində, ağır keçən xəstəlikdir və simpomatik müalicəsi mövcuddur", - deyə o əlavə edib.
Qeyd edək ki, son bir həftə ərzində 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.
Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.
486 dəfə oxundu