Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə qətlə yetirib

Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə qətlə yetirib
Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

02:02

Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

***

Saat 01:33

Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

***

Saat 01:32

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...