Səttar Xanın nəvəsi gileyləndi: Babamın muzeyi bağlıdır

Səttar Xanın nəvəsi gileyləndi:
Məşrutə hərəkatının qəhrəmanı Səttar Xanın nəvəsi Sam Sərdar Milli babasının ev muzeyinin qapılarının bağlı qalmasından gileylənib.

Axar.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Sam Sərdar Milli Azərbaycanın böyük şəxsiyyətinin ev muzeyinin iş saatlarında belə qapılarının bağlı olduğuna, muzeyin fəaliyyətsizliyinə etiraz edib.

“Uzaqdan əziz dostum Təbrizə qonaq gəlib və Səttarxanın evini görmək istəyir. Gəlmişik və evin bağlı qapıları arxasında qalmışıq”, - Səttar Xanın nəvəsi yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...