Nazir: "Azərbaycanda peşə təhsilində köklü problemlər var"

Nazir: "Azərbaycanda peşə təhsilində köklü problemlər var"
Azərbaycanda peşə təhsilindəki köklü problemlərin həlli istiqamətində işlər görülür.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı bildirib.

"Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı. Şagird orta məktəbdən məzun olub ya peşə məktəbinə, ya da kollecə gedir. Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb 10-11-ci sinfi bitirməli idi", - o qeyd edib.

E.Əmrullayev vurğulayıb ki, kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir: "Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü və yaxşı idi, bəs niyə bərpası mümkün deyil?! Peşə təhsilinin strukturunun müəyyənləşməsi lazımdır".

"Son illər peşə təhsilinə maraq artıb. Lakin əvvəllər uzun illər ərzində əhalinin böyük hissəsi peşə təhsili almayıb. İl ərzində ölkədə 150 minə yaxın uşaq doğulursa, bunlardan bəlli hissəsi bəlli səbəblərə görə 18 yaşına çatmır. Əvvəlki dövrdə 17-20 min ali, 10-15 min peşə, 15 minə yaxın şəxs isə orta ixtisas təhsilinə yiyələndəyini görürdük. 20 illik dövrdə isə təxminən 3 milyon insanın formal peşə hazırlığı yoxdur. Çox insan görür ki, hər hansı iş üçün diplom elə də önəmli deyil, ona görə də diplom almaq üçün maraq göstərmir", - nazir deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...