Sizə dəftər yedirəcəm! - Müəllimənin əri şagirdləri hədələdi

Sizə dəftər yedirəcəm! -
Rusiyanın Vladivostok şəhərindəki məktəblərdən birinin informatika müəlliminin əri şagirdləri hədələyib. O, bu yolla arvadını stressdən xilas etməyə çalışıb.
Bakupost.az xəbər verir ki, bu barədə Amur Mash Teleqram kanalı məlumat yayıb.


Qeyd olunur ki, insident zamanı müəllimənin hamilə olduğu üzə çıxıb.

İnternetdə yayılan səs yazısından bir kişinin şagirdləri hədələdiyi, sinif otağının qapısını sındıracağını və şagirdləri dəftər yeməyə məcbur edəcəyini dediyi aydın olur.

Ehtimal edilir ki, səs yazısını şagirdlər yayıb. Hədə-qorxu gələn şəxsin məktəblilərin stress yaşatdığı müəllimənin həyat yoldaşı olduğu iddia edilir.
Hadisə ilə artıq prokurorluq da maraqlanıb. Rəhbərliyin müəllimin hamiləliyindən xəbəri olmadığı bildirilir. Yanvarın 10-da müəllimə xəstəlik məzuniyyətinə çıxıb. O, səhhətinin pis olduğunu əsas gətirərək, hadisə ilə bağlı şərh verməkdən imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...