Bakıda mebel sexi yanır, Baş prokurorun müavini hadisə yerindədir

Bakıda mebel sexi yanır, Baş prokurorun müavini hadisə yerindədir
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

12.34
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış-yanğın olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

12.19
Mebel sexində baş vermiş partlayış-yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

12.06
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış-yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...