“Üçtərfli görüşlərdə Zəngəzur dəhlizi məsələsi heç vaxt olmayıb” – Lavrov

“Üçtərfli görüşlərdə Zəngəzur dəhlizi məsələsi heç vaxt olmayıb” –
“Rusiya və Azərbaycan prezidentləri və baş nazir Paşinyan arasında əldə olunmuş razılaşmalarda Zəngəzur dəhlizi məsələsi heç vaxt olmayıb”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün – yanvarın 18-də 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Baş nazir Paşinyan hardasa deyib ki, Ermənistan Zəngəzur dəhlizinin qəti əleyhinədir. Rusiya və Azərbaycan prezidentləri və baş nazir Paşinyan arasında əldə olunmuş razılaşmalarda Zəngəzur dəhlizi məsələsi heç vaxt olmayıb. Bütün marşrutların blokdan çıxarılması zamanı Ermənistan və Azərbaycan bu marşrutların onların ərazisindən keçən hissəsi üzərində suverenliklərini saxlayacaqlar”, - Lavrov bildiri..
Rusiyanın XİN başçısı deyib ki, üçtərəfli bəyanata əsasən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasındakı nəqliyyat əlaqəsinə bəzarəti Rusiya Federasiyası FTX-nin sərhəd xidməti həyata keçirməlidir:
“Orada deyilir ki, bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır və Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki tərəfə nəqliyyat əlaqəsinin təhhlükəsizliyini təmin edir, bu nəqliyyat əlaqəsi üzərində nəzarəti isə Rusiya Federasiyası FTX-nin sərhəd xidməti həyata keçirir. Bu, əslində 2020-ci ilin 9 noyabrında üçtərəfli formatda imzalanmış sənəddən gətirilmiş sitatdır. Paşinyanın onun Ermənistan ərazisindən tranzit üçün, Azərbaycan və Naxçıvan arasında İran ərazisindən keçən tranzitlə eyni şərtlər istəməsinə gəlincə, açıq desək, mən burda hansısa məntiq görmürəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...