Qaribaşvili: “Ümid edirik ki, İrəvan və Bakı tezliklə sülh sazişi imzalayacaq”

Qaribaşvili: “Ümid edirik ki, İrəvan və Bakı tezliklə sülh sazişi imzalayacaq”
Gürcüstan həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olub və bu məsələyə öz töhfəsini verməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

“Biz hər zaman uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazırıq və bunun region ölkələri üçün faydalı olduğuna inanırıq. İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, - o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...