Ölkənin ən nəhənəg boru şirkəti cərimələnə bilər – “Azertexnolayn” nədə ittiham olunur?

Ölkənin ən nəhənəg boru şirkəti cərimələnə bilər –
Sənaye sahəsində ən şirkətlərdən bir olan “Azertexnolayn” MMC barəsində inzibati iş başlanıb.

Hurriyyet.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Azertexnolayn” MMC Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentidir. Şirkətin əsas istehsal sahəsi Polad Boru Zavodudur. Bu ölkənin ən nəhəng zavodlarından biridir. “Azertexnolayn” MMC polad boru, qofralı boru, polietilen və PE 100 təzyiqli borular, fittinqlər, metal hasar və s. bu kimi məhsullar istehsal edir.

valyuta.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...