Bakıda 100 minlik gəlinliyi məhv edən şəxslərlə bağlı YENİ XƏBƏR

Bakıda 100 minlik gəlinliyi məhv edən şəxslərlə bağlı


Bir neçə gün əvvəl Bakıda salonlardan birində gəlinlikləri qəsdən məhv etdirən şəxs sərbəxt buraxılıb. Lent.az-ın məlumatına görə, iyunun 26-da Azərbaycan prospektindəki gəlinlik salonunda 40-a yaxın gəlin paltarını sifarişlə məhv etdirən Leyla Ağayeva dünən məhkəmə qarşısına çıxarılıb. Yasamal rayon Məhkəməsi L.Ağayevanın ilk dəfə tutulmasını və digər məqamları əsas gətirərək ona güzəşt edib və istintaq nəzarəti altında sərbəst buraxılmasına qərar verib.

Hazırda faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186-cı (özgənin əmlakını məhv etmə və ya zədələmə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.

Bildirilir ki, hadisə qisasçılıq zəminində törədilib. Şəhərin mərkəzindəki mağazanın sahibi olan qadınla şəxsi münaqişəsi olan və onunla prinsip aparan Leyla Ağayeva tanışı Xalıq Həşimzadəyə gəlinlikləri məhv etməyi tapşırıb. İyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş Xalıq Həşimzadə həmin vaxt ərazidəki təhlükəsizlik və müşahidə kameraları tərəfindən qeydə alınıb və bir neçə gün sonra o yaxalanıb. X.Həşimzadə polisə bildirib ki, cinayəti ona tanışı, Bakı şəhər sakini Leyla Ağayeva sifariş verib.

Qeyd edək ki, zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.

Araşdırma aparılır.


*****

8 iyun

Bir neçə gün əvvəl Bakıda salonlardan birində gəlinlikləri qəsdən məhv edən şəxslər məlum olub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib. Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.

Qeyd edək ki, zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.

Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...