“BANK STANDARD”-a YENİ BAŞ DİREKTOR TƏYİN OLUNUB
Bu gün “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka Baş Direktor təyin olunub.
Məlumat verildiyi kimi, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunmuşdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasından GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunmuşdur.
Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.
Artıq Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilmişdir. X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlamış, “Bank of Baku” və “Unibank”-da rəhbər vəzifələrdə çalışmışdır.
906 dəfə oxundu