Ağdamda minalar tapılıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında 3 əkin sahəsində 8 partlayış yerinə baxış keçirib.
ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı Ağdam rayonunda 1 ədəd piyada əleyhinə mina (PMN) aşkarlanaraq zərərsizləşdirilib, 14 500 kv.m ərazi təmizlənib.
Agentlik 7 Aprel – 12 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirib, aşkarlanan 1580 ədəd partlamamış hərbi sursat, 15 ədəd PMN, 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina zərərsizləşdirilib.
Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1035 dəfə oxundu