"Səbəbkar Eldar Mahmudovdur" - Bankirin müsadirə olunan əmlakı: “Bentley”, “Jeep Wrangler”...

 "Səbəbkar Eldar Mahmudovdur" - Bankirin müsadirə olunan əmlakı:
Bugünlərdə 14 il azadlıqdan məhrum edilən bankir – “Zaminbank”ın Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılovun milyonlarla dəyəri olan bir xeyli əmlakı da müsadirə olunub. Gundeminfo.az bizimyol.info-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirə olunan əmlaklar arasında çox bahalı maşınlar, evlər, torpaq sahələri var. Qərara alınıb ki, həmin əmlaklar satılsın və yeyinti nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilsin.

Hökmə əsasən, Nadir İsmayılovun Nəsimi rayonunda iki mənzilinin, başqa bir fərdi yaşayış evinin, Nəsimi və Xətai rayonlarında iki obyektinin, Babək prospektində torpaq sahələrinin, kənd təsərrüfatı təyinatlı ərazilərinin, “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınları müsadirə olunub.

Nadir İsmayılovun işində zərərçəkənlər arasında “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı, “Şərur” tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov da var. İttihama əsasən, “Zaminbank”da İsfəndiyar Axundovun depozitdə olan 5 milyon manat vəsaiti mənimsənilib.

"Səbəbkar Eldar Mahmudovdur"
İsfəndiyar Axundov

İsfəndiyar Axundov ifadəsində bildirib ki, 2012-ci ildə - bir sıra tikinti şirkətləri vətəndaşları aldatdığı ərəfədə yüksək vəzifəli məmurlar onunla görüşüb. Onların arasında nazirlər, Baş prokuror, Bakı şəhər İcra Hakimiyyətinin başçısı da olub: “Həmin ərəfədə mənzil almaq istərkən aldadılan vətəndaşların sayı 1000 nəfəri keçmişdi, onlarda narazılıq yaranmışdı. Ona görə yüksək vəzifəli məmurlar qərar vermişdi ki, müəyyən güzəştlər eləsinlər, biz də o vətəndaşların mənzil probleminin həllinə köməklik göstərək. O adamlar dövlətdən narazı qalmasın. Mənə dedilər ki, sənə də vergi güzəşti olacaq”.

Nadir İsmayılovun köməyilə “Zaminbank”dan kredit götürüb bu işləri həyata keçirməyə başladığını deyən iş adamının sözlərinə görə 10 milyonluq kreditin 5 milyonunu götürüb, 5-ni isə bankda depozitdə saxlayıb: “Sonra məlum oldu ki, heç depozitdəki 5 milyonu da mənim borcumdan çıxmayıblar”.
 "Səbəbkar Eldar Mahmudovdur" - Bankirin müsadirə olunan əmlakı:

İsfəndiyar Axundov şikayətlənib ki, kredit götürərkən girov qoyulan əmlakları indi çıxara bilmir. Onun sözlərinə görə 10 milyona görə 12 milyondan çox pul ödəyib, amma yenə də əmlakları girovluqda qalıb. O, əlavə edib ki, sözügedən kreditə görə girovluqda qalan əmlakları arasında “Flaminqo” restoranı da var.
 "Səbəbkar Eldar Mahmudovdur" - Bankirin müsadirə olunan əmlakı:

Təqsirləndirilən Nadir İsmayılov isə bildirib ki, İsfəndiyar Axundov bir çox məsələləri doğru danışmır. Onun sözlərinə görə, 2012-ci ildə iş adamının 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən almışdılar: “Ad çəkmək istəmirəm ki, o zaman ona kimlər nələr edirdi. Gördüm ki, vəziyyəti pisdir, ona kömək məqəsədilə kredit ayırmağı təklif etdim, işlərini yoluna qoysun. Bankda qalan 5 milyonun faizini mən ödəyirdim. Sonra o pulu hissə-hissə özü götürdü”.

"Səbəbkar Eldar Mahmudovdur"
Eldar Mahmudov

Nadir İsmayılov özünü təqsirli bilmir. O, müflis olmasına görə keçmiş MTN rəhbərliyini ittiham edib. O bildirib ki, Eldar Mahmudovun göstərişilə bir çox adamlara kreditlər verilib və onların heç biri qaytarılmayıb: “Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...