“Elə qələt eləmərəm, yoldaşıma sadiq kişi olmuşam...” - 82 yaşlı əməkdar artist
"Qarabağ alınıbsa, arxayın ölə bilərəm. Heç nədən, heç kimdən gileyim yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, sevilən xanəndə Dədə Süleyman (Süleyman Abdullayev) deyib. 82 yaşlı sənətkar deyir ki, bundan sonra onu narahat edən heç bir problemi qalmayıb:
"Yaman xəstələnmişəm, bərk soyuqlamışam. Səhəri diri gözlü açmışam. Hazırda həkimdəyəm, müayinə olunuram. Fikirim var ki, burdan onun ardınca gedib, maraqlanam. Bu pul niyə dolaşıb, niyə yollarda qalıb? Ordan da bir baş evə qızımgilə gedəcəm. Bu gün döğum günümdü, amma yaş keçirmirəm. Bir aydır təqaüdümü ala bilmirəm, nəsə yubanıb. Hər dəfə təzə il başında təqaüdüm yubanır. İşğaldan sonra Qarabağa getməyə hazırlaşırdım ki, xəstələndim, istilər düşən kimi ilk səfərim Qarabağa olacaq. Əgər ölməsəm, sağ qalsam, bu aprel Qarabağda, doğma vətəndəyəm”.
Dədə Süleyman bütün arzularının həyata keçdiyini vurğulayıb:
"Təmiz arzuma çatmışam, Qarabağ alınıb. Allah prezidentimizə ömür versin, həmişə xalq birliyi olsun. Ölkəmiz azaddır, dünyada 200 ölkənin içərisində tanınır. Qarabağ müharibəsində bilindi ki, Azərbaycan xalqı kimdir. Allah həmişə Azərbaycan xalqının və prezidentin başının üstündə dursun ki, əmin-amanlıq olsun. Mənim də ruhum bunu görüb sevinsin”.
Süleyman Abdullayev rəhmətlik həyat yoldaşından sonra evlənmədiyini, tək yaşadığını və evlənmək istəmədiyini bildirib:
"Yox, elə qələt eləmərəm. Yoldaşıma sadiq kişi olmuşam. Nə qədər etdilərsə, evlənmədim. Dedim, yox ki, yox. Dedim ki, mənə bir qulluqçu tutun, vəssalam, qızım kimi ona baxıram, hər təqaüd alanda maaşını ödəyirəm. Sağ olsun, 6 aydır mənə qulluq edir, yaxşıdır. Mən ondan razıyam. Bir də qızım baxır. Onların mənə münasibətindən, qayğılarından çox razıyam. Amma təbii ki, arvadımın yerini heç kim verməz, onun yeri boşdur. Səhərə kimi yata bilmirəm, elə pis oluram onu düşünəndə ki... Nəvələr də baxır, qolumdan tutub ora-bura aparırlar. Amma yox, arvadım bir başqa idi. Nə yaxşı ki, nəvələrim var. Düzü, qızım rəhmətlikdən də yaxş baxır. Allah mənə Qarabağa gedib səfər edənə kimi ömür versin”.
642 dəfə oxundu