"Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı alçaq hərəkətlərə əl atırlar"

"Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı alçaq hərəkətlərə əl atırlar"

“Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri Azərbaycana qarşı bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər”. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov Azərbaycan Parlamentində I Avropa Oyunları ərəfəsində Azərbaycanın imicinə xələl gətirəcək kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib.

V.Ələsgərov qeyd edib ki, bu, hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir: “Son zamanlar Ələkrəm Hümbətov kimi alçaq, vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Belə bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir".


O vurğulayıb ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur: "Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, tənqid, tərif etməsi üçün yetərli platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. Hər kəs də bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi şəkildə ən alçaq formada həyata keçirirlər".

V.Ələsgərov əlavə edib ki, ölkəyə qarşı bu qədər kampaniyaların keçirilməsi Azərbaycanın nə qədər qüdrətli olmasından xəbər verir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...