Azərbaycan Tacikistana humanitar yardım göndərir

Azərbaycan Tacikistana humanitar yardım göndərir


Bu ilin dekabrın 7-də Tacikistan respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Qeyd edək ki, bu ilin dekabrın 7-də Tacikistan respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1060 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...