Yeni il gecəsi damdan evə girən "Şaxta baba" tutuldu

Yeni il gecəsi damdan evə girən "Şaxta baba" tutuldu


Bakıda Yeni il gecəsi baş verən oğurluq hadisəsinin üstü açılıb.

Qafqazinfo xəbər verir ki, Nərimanov rayonunda yanvarın 1-də, gecə saat 01 radələrinə Bakı sakini, 1964-cü il təvəllüdlü Çahçud Ağamalıyevin evinə binanın damından eyvana düşərək oradan evə keçməklə oğurluq edilib.

Evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Nərimonov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini, 1990-cı il təvəllüdlü Samir Əzməmmədov saxlanılıb. Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...