SDU-dan tələbənin imtahanlara görə intihar etməsi xəbərinə TƏKZİB GƏLDİ

SDU-dan tələbənin imtahanlara görə intihar etməsi xəbərinə


Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti, universitetin Filologiya fakültəsinin birinci kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının ölümü ilə əlaqədar bəzi saytlarda istintaqın nəticəsini gözləmədən “SDU- nun tələbəsi imtahanlardan kəsildiyi üçün intihar etdi” məzmunlu qərəzli və məntiqdənuzaq məlumatların verilməsinə qətiyyətlə etiraz edir və bildirir ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlığı olmadığı üçün nəticəsi qənaətbəxş olmayıb.

Universitetdən GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, O, semestr boyu təşkil olunan üç ardıcıl kollokviumlarda da çox aşağı nəticə göstərmişdir. Nəticələri ilə razılaşmayan tələbələrə, o cümlədən Qasımova Rumiyyəyə universitetdə yaradılmış “Appelyasiya komissiyası”na müraciət etmələri tövsiyyə olunub. Lakin mərhumun “Appelyasiya komissiyası”na müraciət etməməsindən belə nəticəyə gəlmək olar ki, o, nəticəsi ilə razılaşıbdır və onun tələbə yoldaşları da deyirlər ki, həmin gün onunla deyə- gülə universitetdən çıxıb və ayrılblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...