Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarılıb

Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarılıb


“Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, məktəbin tarix müəllimi İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib”.

Bu haqda APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib: “Bununla bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...