Vaqif Xaçaturyan ailə üzvlərinə məktub göndərib
İyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılan 68 yaşlı Vaqif Xaçaturyan ailəsinə yenə məktub göndərib.
Yeniavaz.com “News.am”a istinadla xəbər verir ki, bu barədə məlumatı Xaçaturyanın qızı Tsovinar Xaçaturyan verib.
Onun sözlərinə görə, atası məktubunda yazıb: “Hər zaman sizi düşünürəm, sağlam olun və hamıya salam deyin”.
Xaçaturyanın qızı, həmçinin qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini bilirlər - səhər və axşam: “Səhhətinin normal olduğunu deyirlər. Qırmızı Xaçın nümayəndələri ayda bir dəfə atama baş çəkirlər”, - T. Xaçaturyan bildirib.
Xatırladaq ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
459 dəfə oxundu