Ötən il Azərbaycan ordusunda xəstəlikdən ölüm faktı qeydə alınmayıb

Ötən il Azərbaycan ordusunda xəstəlikdən ölüm faktı qeydə alınmayıb


Bunu “Azərbaycan ordusu” qəzetinə müsahibəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev deyib.

Virtualaz.org saytı Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin “Azərbaycan ordusu” qəzetinə müsahibəsinə istinadən xəbər verir ki, 2015-ci ildə Silahlı Qüvvələrdə xəstəlikdən ölüm faktı qeydə alınmayıb. Soyuqdəymə xəstəliklərinin səviyyəsi 43 faiz, mədə-bağırsaq xəstəlikləri isə 22 faizədək azalıb.

O qeyd edib ki, dövlət rəhbərliyinin diqqəti və qayğısı sayəsində hərbi hissələrdə məişət şəraitinin yaxşılaşdırılması və keyfiyyətli qida təminatı, tibbi-profilaktik tədbirlər hərbi qulluqçular arasında rast gəlinə biləcək xəstəlik hallarını minimuma endirib: “Bu gün ölkəmizdə mövcud olan müasir hərbi səhiyyə sistemi ən ağır ürək cərrahiyyəsi əməliyyatlarının Baş Klinik Hospitalda uğurla həyata keçirilməsinə zəmin yaradır. əgər əvvəlki illərdə hər il 20-30 nəfər hərbi qulluqçumuz əməliyyat olunmaq üçün Gülhanə Hərbi Tibb Akademiyasına göndərilirdisə, hazırda bir nəfər xəstənin belə başqa yerə təxliyəsinə ehtiyac yoxdur. Dövlətin hərbi səhiyyənin inkişafına verdiyi önəmin nəticəsidir ki, vaxtilə çarəsi tapılmayan xəstəliklər də özümüzdə müalicə olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1002 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...