İcra başçısı vətəndaş müraciətlərini dinlədi

İcra başçısı vətəndaş müraciətlərini dinlədi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 14 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik, işlə təmin olunma, maddi köməklik, ev tikintisinə icazə verilməsi, subartezian quyusunun qazılması, sahibkarlıq obyektinin sənədləşdirilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


İcra başçısı vətəndaş müraciətlərini dinlədi
İcra başçısı vətəndaş müraciətlərini dinlədi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
254 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...