Qarabağ və Şərqi Zəngəzurda Kompleks Su Balansı Metodu tətbiq olunub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su balansının və çayların su ehtiyatlarının qiymətləndirilməsində yeni hidroloji metoddan - Kompleks Su Balansı Metodundan (KSBM) istifadə edilib.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya və su ehtiyatları şöbəsinin müdiri Rza Mahmudov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.
Onun sözlərinə görə, KSBM operativ-interaktiv və yüksək dəqiqliyə malik metoddur. Onun vasitəsilə tədqiqat prosesi, axının qiymətləndirilməsi əraziyə fiziki təmassız, zaman-məkan məhdudiyyətlərindən asılı olmadan həyata keçirilə bilər.
"2022-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda KSBM metodu ilə hesablanmış su ehtiyatlarının həcmi 1,81 milyard kubmetr təşkil edib. Bunun da 0,36 milyard kubmetri Qarabağ, 1,45 milyard kubmetri isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. O cümlədən, Qarabağın su balansında atmosfer yağıntılarının 11,6 %-i yerüstü axına, 12,7 %-i çayların yeraltı qidalanmasına, 75,7 %-i isə buxarlanmaya gedib", - deyə R.Mahmudov əlavə edib.
Bundan başqa, o deyib ki, 2022-ci ildə Qarabağda su ehtiyatlarının həcmi 1998-ci illə müqayisədə 15,1 % azalıb: "2050-ci ilə qədər bölgədə iqlim-landşaft dəyişmələri əsasında çoxsaylı ssenarilər üzrə proqnozlaşdırılan su ehtiyatlarının həcminin 2022-ci illə müqayisədə 17,4 - 43,2 % azalacağı gözlənilir".
506 dəfə oxundu