Bakı-Sumqayıt yolunda sərnişin daşıyanların NƏZƏRİNƏ! - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin daşıyanların NƏZƏRİNƏ! -
"Mikroavtobusla Sumqayıt-Bakı və əks istiqamətə sərnişin daşıyan sürücülər taksi kimi işləyə bilməz''.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bu istiqamətdə sərnişin daşıyan avtobuslara qarşı mərkəzləşmiş qaydada tələblər qoyulsa da, bəzi sürücülər bu qaydalara riayət etmirlər.Əksinə, onlar taksi kimi işləyirlər.

Hər gün bu tip nəqliyyat vasitəsi ilə sərnişin daşıyan sürücülər də qanuni işləməyin tərəfdarıdılar. Onlar lazımi sənədləri toplayıb, rüsum ödəməklə aidiyyəti quruma verməyə hazır olduqlarını deyirlər.

Bəs sərnişin tutumu doqquz yerdən az olan nəqliyyat vasitələri üçün bu qaydalar hansı formada tənzimlənir?

AYNA-dan verilən məlumatda görə, bu cür minik avtomobilləri taksi fəaliyyətinə dair tələblərə cavab verməlidir.

Yeri gəlmişkən, AYNA dövlət rüsumunu da açıqlayıb. 7 illik taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin dövlət rüsumu 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...