MN: Komandoların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır - VİDEO

MN: Komandoların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır -
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.

Gundeminfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi videoçarx yayımlayıb.

Görüntülərdən məlum olur ki, komandoların daimi təlim və məşğələləri keçirilir. Komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələrinin keçirilməsində məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.

Kadrlarda yer alan komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazana komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.

Həmin kadrları yaymaqla bərabər Ordumuzla qürur duyduğumuzu və güvəndiyimizi bildiririk:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...