“Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur” – Şeyx

“Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur” –
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında dərc olunan təbrik mətnində bildirilir.
“Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilmişdir”, - məlumatda qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...