Azərbaycan 2015-ci ildə neft hasilatını azaldıb

Azərbaycan 2015-ci ildə neft hasilatını azaldıb


2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz-kondensat hasil edilib. Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 0,8 faiz azdır.

2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və kondensat hasil olunub. Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun payına düşür. 2015-ci ildə əmtəə qazının hasilatı 19,72 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,5 faiz çoxdur. 2014-cü ildə 18,7 milyard kubmetr, 2013-cü ildə isə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...